Müəllimlərin maaşı ilə bağlı fərman imzalandı - RƏSMİ - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

Müəllimlərin maaşı ilə bağlı fərman imzalandı - RƏSMİ

Siyasət A- A A+
Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb.
 
Ednews xəbər verir ki, Fərmana əsasən, sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib:
 
- direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);
 
- təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).
 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə nəzərdə tutulan əlavələrin məbləğlərini sentyabrın 1-dək təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...