Türkiyə və İsrail arasında əriyən buzlar: Yeni koalisiya dövləti region üçün nəyi vəd edib

Siyasət 16:37 18.08.2022

13 illik soyuq münasibətlərdən sonra Türkiyə ilə İsrail dövlətləri ortaq dil tapmaq qərarına gəliblər. Hələ Binyamin Netanyahunun Baş nazir kürsüsündə olduğu dönəmdə bununla bağlı bir neçə cəhdlər olunsa da, Fələstində yaşanan hadisələr iki ölkəni yenidən bir-birinə qarşı qoyub. Hazırda iki dövlət uzun illərdən sonra bir-birlərinin ölkələrində səfirlərin təyin olunması barədə razılığa gəliblər. 

Türkiyə İsrail münasibətlərinin bərpa olunmasından danışan türkiyəli siyasi analitik Göktuğ Çalışqan Ednews-a açıqlamasında bu işdə Azərbaycanın müstəsna rolundan xüsusi olaraq danışıb.

 “Prezident İlham Əliyevin Türkiyə-İsrail münasibətlərinin inkişafı ilə bağlı çox sayda açıqlamaları var. Nəzərə alsaq ki, onun Türkiyəyə son səfərlərindən biri məhz İsrail prezidentinin oraya getməsindən sonra baş tutub. Bu səbəbdən deyə bilərəm ki, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasında Azərbaycanın xüsusi rolu var”.

Ekspert münasibətlərin normallaşmasının həm də region üçun əhəmiyyətindən də söz açıb. O, qeyd edib ki, son zamanlar regionun ehtiyac duyduğu iqtisadi inkişafın artımında İsrail-Türkiyə münasibətlərinin mühüm rolu ola bilər. 

“Baş nazir Yair Lapid hələ XİN başçısı olduğu dövrdə Mövlud Çavuşoğlu ilə ikitərəfli danışıqların ilk təməlini atdı və bu, qarşılıqlı səfir təyinatı prosesinin başlanması istiqamətində mühüm addım idi.  Bu şəkildə başlayan proses, İsrail hökumətinin əvvəlki günlərdə verdiyi açıqlama ilə birlikdə, qarşılıqlı səfir və baş konsul təyinatı ediləcəyi barədə açıqlama yayıb. 

Ümumiyyətlə, iki ölkə arasında diplomatik əlaqələrin inkişafı və buzların əriməsi regional geosiyasi və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir. Çünki Türkiyə ilə İsrailin regional zəmində yaxınlaşması onu göstərir ki, həm ikitərəfli iqtisadi və ticari əlaqələrin artırılması, həm də regionda sabitlik və etimad mühitinin təmin edilməsi istiqamətində mühüm addımlar atıla bilər”.

Göktuğ Çalışqan danışıqlar prosesində Fələstin məsələsinin bundan sonrakı aqibəti barədə də fikir bildirib. Qeyd edək ki, İsraillə Türkiyə arasında ən son münasibətlərin pozulması ABŞ-ın Qüdsdə səfirliyinin açılmasına qarşı Qəzzada etirazlar zamanı, İsrail qüvvələri tərəfindən 60 fələstinlinin öldürülməsinə görə iki ölkənin səfirlərini ölkədən çıxarmasından dörd il sonra baş verib. Ekspertin sözlərinə görə İsraillə münasibətlərin bərpası həm də Fələstin məsələsini də daim nəzərdə saxlamış olacaq. 

“Xarici işlər naziri Mövlud Çavuşoğlunun dediyi kimi, Fələstin Türkiyənin qırmızı xəttlərindən biridir və İsraillə münasibətlərin yaxşılaşdırılması Fələstin məsələsindən mütləq imtina edildiyi anlamına gəlmir. Əksinə, səfirlərin təyin edilməsi və İsraillə əlaqələrin inkişafı qarşılıqlı ünsiyyət və mesajların sürətlə ötürülməsi baxımından daha səmərəli olacaq.  Beləliklə, Fələstin problemi bundan sonra sülh yolu ilə və daha səmərəli şəkildə həll olunacaq. Bununla belə, hər iki tərəfin əvvəlcədən münasibətləri inkişaf etdirmək üçün addımlar atması məqsədəuyğundur və eyni zamanda, böyük əhəmiyyət kəsb etməkdədir”.

Türkiyəli ekspert həmçinin İsraillə Türkiyə arasında münasibətlərin davamlılığı və bunun Ərəb və Türk dünyasına töhfəsindən söz açıb: “Hələlik Türkiyə-İsrail münasibətlərinin normallaşma prosesinə diqqət yetirmək daha yaxşı olardı. Çünki İsraildə siyasi proseslər o qədər də ürək açan deyil və belə bir məsələyə hələlik erkən qiymət vermək düzgün olmazdı. Qeyd edək ki, münasibətlər Yair Lapid baş nazir olduqdan sonra sürətləndi. Təbii ki, Türkiyə ilə İsrail arasında təhlükəsizlik sahəsində əməkdaşlıq da bu baxımdan təsirli olub. Buna görə də Lapid və onun koalisiyasının Türkiyə ilə münasibətlərinin gedişatı hələlik müsbət görünür”.

Elnur Ənvəroğlu, Ednews.net

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Hamısı