“Ticari əlaqələrin genişləndirilməsi üçün hazırda ən önəmli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır”.
Ednews xəbər verir ki, bu fikirləri Bakıda səfərdə olan Türkiyə Respublikasının ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay səsləndirib.
Onun sözlərinə görə, bu dəhlizin açılması bizim Azərbaycana, oradan isə Orta Asiya ölkələrinə çıxış imkanları əldə etmək, ticarət həcmini artırmaq baxımından avantaj yaradacaq:
“Hazırda Rusiya ilə üst səviyyədə bu məsələ ilə bağlı danışıqlar davam edir. Dəhlizini ən qısa zamanda açılmasını gözləyirik”.