"Qarabağ"la fəxr edirik!" - Prezidentin köməkçisi - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Qarabağ"la fəxr edirik!" - Prezidentin köməkçisi

Siyasət A- A A+
“Komandamızla həmişə fəxr edirik! Uğurlar, "Qarabağ!”. 
 
Ednews xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tviter hesabında yazıb. 
 
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub.
 
Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. 
 
Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...