Ermənilər özlərini ərköyün uşaq kimi aparır - Qabil Hüseynli - ednews.net

7 Oktyabr, Cümə

(+994 50) 229-39-11

Ermənilər özlərini ərköyün uşaq kimi aparır - Qabil Hüseynli

Siyasət A- A A+
Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi artmağa davam edir. Son zamanlar İrəvan və ölkənin bəzi şəhərlərində Rusiya əleyhinə mitinq-nümayişlər keçirilir. 
 
Qeyd edək ki, Qarabağda Rusiya Sülhməramlı Qüvvələrinin son fəaliyyəti, ən əsası Laçın şəhəri və ətraf qəsəbələr üzərində Azərbaycanın suverenliyinin bərpası Ermənistanda revanşist və millətçi ünsürləri ciddi şəkildə qəzəbləndirib.
Onlar Moskvanı erməni xalqına xəyanat etməkdə günahlandırırlar. 
 
Məsələ ilə bağlı Ednews – a şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, ermənilərin qəzəblənməsinin əsas səbəbləri Rusiyanın regionda bir az da olsa beynəlxalq hüququn normalarına uyğun hərəkət etməsidir. 
 
Heydər Əliyev mənə vəzifə verdi, mən isə azdım” – Qabil Hüseynli -  Azinforum.az İnformasiya Portalı
“Ermənilər o qədər Rusiyanın qayğısını və himayəsini görüblər ki, özlərini rusların ərköyün uşağı kimi aparırlar. Ona görə də Moskvanın onlardan cüzi məsafə saxlamasına təhəmmül etmək istəmirlər. Son dövrlərdə Qarabağın dağlıq hissəsində baş verən hadisələr, ən əsası Rusiya rəhbərliyinin üçtərəfli noyabr bəyanatının dördücü və səkkizinci maddələrinin yerinə yetirilməsinə doğru addımlar atması, habelə Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsi erməni cəmiyyətində böyük ikrah hissi doğurub. Bu ərköyün uşaqlar sazişin öhdəliklərinə uyğun gəriyan edən hadisələri və dəyişiklikləri qəbul etmək istəmirlər”. 
 
Qabil Hüseynlinin sözlərinə görə, anti-Rusiya nümayişlərin revanşist qüvvələr, xüsusilə Qarabağ klanı tərəfindən idarə edilməsi istisna deyil. 
 
“Bu nümayişlərin təşkilində, həmçinin Baş nazir Nikol Paşiyanın da əli ola bilər. Paşinyan, həqiqətən qərbyönümlü siyasət yürüdür. Həmin nümayişlərə hökumət tərəfindən müəyyən dəstək də verilə bilər. Bir məqamı da nəzərə çatdırım ki, iddialara görə Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı gərgin keçib. Telefon danışığında Putin üçtərəfli noyabr bəyanatının öhdəliklərinin yerinə yetirilməsinin zəruriliyini vurğulayıb. Rusiyanın öz strateji maraqları naminə  və Ermənistanın iradəsinə qarşı müəyyən düzgün addımlar atması erməniləri özündən çıxarır, dərhal etirazlar etməyə və bəyanatlar səsləndirməyə başlayırlar”.
 
Politoloq nümayişlərdə Qərb faktorunun olması ilə bağlı iddiaları təkzib edib, o, bu əhval-ruhiyyəninin erməni xalqının xarakterindən və mentalitetidən irəli gəldiyini bildirib. 
 
Radikal millətçi ünsürlərin keçirdikləri nümayişlərin Rusiya üçün o qədər də əhəmiyyət kəsb etmədiyini deyən Q.Hüseynli Rusiya ordusunun Ermənistanda dörd hərbi bazasının mövcud olduğunu, üstəlik bu ölkənin sərhədlərin də rus silahlı qüvvələri tərəfindən qorunduğunu da nəzərə çatdırıb. 
 
“Ermənistan Azərbaycanla münasibətlərin nizamlanma prosesində Rusiyaya güvənir, ona ümid bağlayırlar. Bu nöqteyi-nəzərdən bu kimi nümayişlər Moskvanı təsirləndirmir. Hazırda Qərblə əlaqələri kəsilən Rusiyanın əsas hədəfi üzünü cənuba doğru çevirməkdir, yəni Azərbaycan, İran və Türkiyə ilə əlaqələri daha da möhkəmləndirməkdir”. 
 
Sonda Laçın ətrafında gedən son proseslərə toxunan Q.Hüseynli Azərbaycanın yaxın zamanda rus sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilər üzərində öz suverenliyini bərpa edəcəyini də bildirib. 
 
“Qanunsuz erməni silahlı qüvvələrinin əksəriyyəti Qarabağı tərk edib. Bölgədən, demək olar ki, ağır texnikalar çıxarılıb. Bundan sonra Azərbaycan ordusu Laçın dəhlizi üzərində nəzarəti daha da gücləndirəcək, hətta bu rayon istiqamətində sərhəd və gömrük məntəqələrinin əsası qoyulacaq. Belə olan halda Qarabağda yaşayan ermənilərin qarşısında iki seçim qalacaq. Ya Azərbaycan vətəndaşlığını qəbul edib torpaqlarımızda dinc yaşayacaqlar, ya da tədricən köç prosesini dərinləşdirərək ərazilərimiz tərk edəcəklər”.
 
Yunis Abdullayev


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...