Azərbaycan Ordusunda bütün döyüş texnikaları vahid sistemə çevriləcək - ednews.net

2 Oktyabr,

(+994 50) 229-39-11

Azərbaycan Ordusunda bütün döyüş texnikaları vahid sistemə çevriləcək

Siyasət A- A A+

Azərbaycan Ordusunun silahlanmasına, həmçinin bir çox mobil rabitə kompleksləri də daxil edilib.

Ednews xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Ordusunun silahlanmasında olan döyüş texnikalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir.

Cari ilin sonunadək bütün döyüş texnikalarının vahid sistemə çevrilməsi planlaşdırılır. Bundan əlavə, ordumuzda müasir tələblərə cavab verən cihazlarla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Burada da istehsalatla yanaşı peşəkar radiomexaniklər tərəfindən cari təmir işləri həyata keçirilir.

Cari ilin iyul ayında Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin yeni istifadəyə verilən, ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyin təminatında xüsusi əhəmiyyət kəsb edir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...