Rusiya və Çinə qarşı kim daha sərt siyasət yürüdəcək Rişa Sunak yoxsa Liz Trass – İngiltərədəki seçkilər nə VƏD EDİR?

Siyasət 20:00 30.08.2022
Sentyabrın 1- də Britaniya parlamentində ölkənin yeni Baş naziri təyin olunacaq. 
 
Hazırda ölkədə baş nazir postu uğrunda Mühafizəkar partiyasından, hazırki Xarici İşlər naziri Liz Trass və Conson hökümətində vaxtı ilə xəzinə məsələlərinə məsul olan şəxs Rişi Sunak arasında mübarizə gedir.
 
Hər iki namizədin təşviqat kampaniyasında daxili iqtisadi və sosial məsələlər əsas yer tutsa da, beynəlxalq münasibətlər, xüsusilə Ukrayna müharibəsi, Rusiya və Çin ilə xarici siyasətin yeni istiqamətləri də xüsusi əhəmiyyət daşıyır. 
 
Mühafizəkar cərəyanın bir çox üzvlərinin iddialarına görə, hər iki namizəd Rusiya və Çin məsələsində hələ ciddi mövqe ortalığa qoymayıb. Bununla bərabər, Rişa Sunak və Liz Trass bir-birini Moskva və Pekinə qarşı yumşaq mövqe sərgilməkdə günahlandırır. 
 
Britaniyanın nüfuzlu mətbuat agentliyi – “Guardian”-ın məlumatına görə, Rişi Sunak öz seçki tədbirlərinin birində deyib ki, Liz Trass Çinin Britaniyada çirkli oyunlarına və ambisiyalarına göz yumur.
 
Britaniyanın informasiya agentliklərində Sunakın Çin məsələsində çox açıq və sərt mövqe sərgiləməsi ilə bağlı xəbərləri görmək mümkündür. Onun təşviqat kampaniyasında  Çin ilə bağlı daha da kəskin siyasi tədbirləri barəsində məlumat veriləcəyi gözlənilir. Bəzi xəbər agentlikləri qeyd edir ki, Sunakın baş nazir seçildiyi təqdirdə Çinin Britaniyada bütün “Konfusi” institutları bağlanacaq. 
 
Bir çoxları hesab edir ki, dünyanın bir çox yerlərində fəaliyyət göstərən “Konfusi” institutları Çinin qlobal səviyyədə yumşaq gücünün möhkəmlənməsinə xidmət edir.   
 
Sunakın sözlərinə görə, Çin qərbin texnologiyasını oğurlamaqla və Britaniya universitetlərində öz təsirini gizli şəkildə artırmaqla məşğuldur. 
 
“Pekin Rusiyanın neftini almaqla Moskvanın Ukraynada işğalına dəstək verir, eləcə də Tayvan daxil olmaqla qonşularına təxribatlar törədir “, – deyə Sunak bildirib. 
 
Baş nazir postuna hind əsilli namizəd onu da qeyd edib ki, Liz Trass ölkədə Konfusi institularının təsirinin artmasına imkan yaradıb, çünki o, təhsil məsələləri üzrə sabiq məsul katib olarkən  2014 - ci ildə London Kollecinin Təhsil fakültəsi ilə Çinin Təhsil Nazirliyi arasında xüsusi memorandumun imzalanmasında xüsusi rol oynayıb. 
 
Sunak eyni zamanda Çin-Britaniya münasibətlərində insan haqqlarına xüsusi diqqət yetirələciyini, habelə Rusiya üzərində tətbiq edilən ağır sanksiyaları davam etdirəcəyini də qeyd edib. 
 
Bütün bu ittihamlara baxmayaraq, Liz Trass da öz növbəsində Rişi Sunakın Çin və Rusiya siyasətini pisləyib. 
 
Trassın xarici siyasət ilə bağlı son bəyanatlarını nəzərdən keçirərkən, daha doğrusu, onun da Çinə qarşı mövqeyi Sunakdan heç də fərqlənmir. 
 
“Guardian” -nın daha bir məlumatında yazılır ki, bu yaxınlarda Tayvan ətrafında gərginlik yaşanan zaman Xarici İşlər naziri Liz Trassın tapşırığına əsasən Çinin Britaniyadakı səfiri departamentə çağırılıb və onunla Pekinin regionda son addımları ətrafında müzakirələr aparılıb.  
 
O, bəyanatında Çinin regionda son addımlarının sülhə və sabitliyə təhlükə törətdiyini və bunun qəbul edilməz olduğunu, hətta ölkəsinin Tayvan məsələsində ABŞ və tərəfdaşları ilə həmrəy olduğunu bildirib. 
 
Pekinə qarşı sərt siyasi mövqedə başqa bir məqamı da nəzərə almaq lazımdır. Britaniyanın Times informasiya agentliyinin məlumatına görə, Trass Çini Britaniyanın təhlükəsizliyinə milli təhdid hesab edib. Xarici işlər naziri baş nazir olacağı təqdirdə ölkəsinin Çinlə bağlı xarici siyasətini yenidən formalaşdıracağına söz verib. O, həmçinin bildirib ki, növbəti onillikdə Britaniyanın diplomatiya və müdafiə sahəsində hansı priotetlərin olacağını planlaşdırır. 
 
“Times” xəbər agentliyi qeyd edib ki, Trass Çinlə diplomatik münasibətlərə yanaşmasında iqtisadi əməkdaşlıqdan daha çox milli təhlükəsizliyə üstünlük verir, eləcə də Hon-Konq və Uyğur məsələsində demokratiya və insan hüquqlarını da diqqətdən çıxarmır. 
 
Trass kampaniyasıdan “Times” xəbər agentliyinə onu da bildirib ki, Liz xarici işlər naziri olduqdan sonra Londonun Pekinə münasibəti daha da sərtləşdirib və baş nazir kimi də sərt mövqe tutmağa davam edəcək. O, Çinin iqtisadi hegominayasına qarşı mübarizə aparır, o cümlədən  inkişaf etməkdə olan və kasıb ölkələrə sərmayelər yatırmaqla “Yeddilik” qrup və digər müttəfiqləri ilə birlikdə Çinin “Bir Kəmər, Bir yol təşəbbüsünün təsirini azaltmağa məqsəd qoyub. 
 
Liz Trass Rusiyanın təcavüzünə məruz qalan Ukraynaya daha da ciddi dəstək göstərəcəyini, hətta Rusiya ilə genişmiqyaslı toqquşmalar baş verdiyi təqdirdə nüvə silahından istifadə etməyə hazır olduğuna da bildirib.
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı