Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevlə dünənki danışıqları çətin adlandırıb.
Ednews xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Onun sözlərinə görə, gündəmdə çoxlu məsələlər var, lakin Ermənistan hakimiyyətinin məqsədləri dəyişməzdir, regionda uzunmüddətli sülh olmalıdır.
“Bu proses asan olmayacaq, çünki problemlərin həll yolları tam aydın deyil. Amma biz ardıcıl işləməliyik”, - Ermənistan lideri qeyd edib.