Kreml Avropa İttifaqının viza rejiminin sadələşdirilməsinə dair razılaşmanı dayandırmaq qərarını pisləyib.
Ednews "Əl Cəzirə"-yə istinadən xəbər verir ki, Aİ səfər edən ruslar üçün vizaları bahalaşdıracaq və emal müddətlərini uzadacaq.
Kremlin sözçüsü Dmitri Peskov mümkün əks tədbirlər barədə xəbərdarlıq edib.
“Bu, ruslar üçün pisdir. Viza almaq daha uzun vaxt aparacaq və daha çətin olacaq” deyən sözçü jurnalistlərə açıqlamasında avroplalılar üçün də qarşılıqlı tədbirlər görəcəyini bildirib.
O, həmçinin, Avropa İttifaqının qərarını absurd adlandırıb.
Nəzrin Beydiyeva