Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Bakı arasında münasibətlərin nizama salınmasını müzakirə edib.
Ednews-un xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin hərtərəfli həyata keçirilməsinə dair öhdəliyi bir daha təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması,istiqamətində gələcək addımlar, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması müzakirə edilib”,-deyə məlumatda bildirilib.