Şimal-Cənub dəhlizi Azərbaycan iqtisadiyyatında öz mövqeyini daha da gücləndirəcək Politoloqdan üçtərəfli görüş barədə ŞƏRH

Siyasət 16:11 06.09.2022

Sentyabrın 8-9-da Bakıda regional nəqliyyat dəhlizləri, xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Rəşt-Astara dəmir yolu xətti üzrə İran, Rusiya və Azərbaycanın üçtərəfli görüşü keçiriləcək.

Görüşdə dəhlizlərin iqtisadi prespektivləri, müəyyən istiqamətlər üzrə nəzərdə tutulan tədbirlər, xüsusilə yeni dəmir yolunun üç dövlətin qarşılıqlı ticarət münasibətlərinə müsbət təsir göstərəcək imkanları ətrafında genişmiqyaslı müzakirələr aparılacaq.

Məsələ ilə bağlı Ednews-a şərh verən politoloq İlqar Vəlizadə qeyd edib ki, Azərbaycan üçün bütün beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etmək önəmlidir.

“Azərbaycanın birbaşa dənizlərə və okeanlara çıxışı yoxdur. Ona görə də Azərbaycan kontinentaldaxili yollardan istifadə etməklə öz tranzit potensialını artırmaq niyyətindədir. Hesab edirəm ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çox önəmli bir layihədir. Ona görə ki, bu layihə faktiki olaraq Rusiyanı, o cümlədən Şimali Avropa ölkələrini Hindistanla və Hind okeanı ilə birləşdirir. Digər tərəfdən isə bu dəhliz çərçivəsində, demək olar ki, bir sıra ölkələr bir-biri ilə qarşılıqlı münasibətləri inkişaf etdirmək üçün imkanlar əldə edəcək. Əlbəttə, son vaxtlar Şimali Avropa ölkələri Rusiya ilə münasibətlərin korlanması səbəbindən bu beynəlxalq dəhlizdə iştirak etməyəcəklər. Ancaq Rusiya, İran, Hindistan və digər ölkələr bu dəhlizə ciddi şəkildə maraq göstərirlər və onun həyata keçməsi üçün əlindən gələn tədbirləri görürlər, imkanlar yaradırlar.

Onu da qeyd edim ki, Rusiyanın İranla ticarət dövriyyəsi 4 milyardı aşıb. Hindistanla isə, səhv etmirəmsə, ticarət dövriyyəsi təxmini 11 milyarddır. Şimal-Cənub dəhlizinin istifadəyə verilməsi Azərbaycan daxil olmaqla sadaladığım bütün ölkələr arasında mal mübadiləsini daha da irəli aparacaq”.

Politoloqun sözlərinə görə, dəhliz Azərbaycan ərazisindən keçdiyi üçün ölkəmizin iqtisadiyyatına müəyyən müsbət təsirlər və üstünlüklər qazandıra bilər.

“Azərbaycan iqtisadiyyatı son dövrlər yeni iqtisadi formaların tətbiqi ilə səciyyələnir. Ölkəmizdə kifayət qədər azad iqtisadi zonalar mövcuddur, yeni texnoloji parklar yaradılıb. Şimal-Cənub dəhlizinin infrastrukturu xüsusi zonaların üzərindən keçməklə ölkəmizin iqtisadiyyatında artımı və canlanmanı daha da irəli apara bilər, yəni sözümün canı odur ki, qonşu ölkələrin və marşrut üzərində yerləşən dövlətlərin şirkətləri bu zonalarda öz bizneslərini qurması bizə yalnız mənfəət gətirəcək. Bu dəhliz, doğrusu, Azərbaycan iqtisadiyyatında öz mövqeyini daha da gücləndirəcək”. 

Rəşt-Astara dəmir yolunun əhəmiyyətinə münasibət bildirən İ.Vəlizadə hesab edir ki, bu dəmir yolu dəhlizin iqtisadi səmərəliyini yüksək səviyyəyə çatdıraraq bir sıra problemləri həll edəcək.

“Rəşt-Astara dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir, eyni zamanda bu minvalla Rusiya-İran dəmir yolunu birləşdirən bir şəbəkədir. Bu məsələdə bir önəmli məqamı nəzərinizə çatdırım ki, Rusiyadan İrana daşınan tranzit yüklər dəmir yolu vasitəsi ilə ölkəmizin Astara bölgəsinə gətirilir, sonra isə yüklər qatardan yük maşınlarına yığılaraq oradan İranın Rəşt şəhərinə aparılır. Rəşt şəhərində isə yüklər yenidən qatara doldurulub İranın Bəndər-Abbas limanına çatdırılır. Bütün bunlar küllü miqdarda əlavə xərclərə səbəb olur. Rəşt-Astara dəmir yolunun tamamlandığı təqdirdə İrandan Rusiya və ya Rusiyadan İrana danışınan yüklər birbaşa ünvanına çatdırılacaq. Daha əlavə vəsaitlərin xərclənməsinə ehtiyac olmayacaq”. 

Yunis Abdullayev

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı