Mikayıl Cabbarov Bolqarıstan şirkətlərini Azərbaycana DƏVƏT ETDİ - FOTO - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Mikayıl Cabbarov Bolqarıstan şirkətlərini Azərbaycana DƏVƏT ETDİ - FOTO

Siyasət A- A A+

İqtisadiyyat naziri Mikayıl Cabbarovun bolqarıstanlı həmkarı Nikola Stoyanovla görüşüb.

Ednews İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafı müzakirə edilib.

Mikayıl Cabbarov ölkələrimiz arasında münasibətlərin inkişafını, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə enerji sahəsində əlaqələrin genişləndiyini vurğulayıb. 

O, ölkəmizin əlverişli işgüzar mühitini, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını diqqətə çatdırıb.

M.Cabbarov Bolqarıstan şirkətlərini Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.

Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu, iqtisadi əlaqələrin genişləndirilməsinin digər sahələrdə də tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini qeyd edib.

Tərəflər iqtisadi əməkdaşlığın perspektiv istiqamətləri, investisiya imkanlarının müəyyənləşdirilməsi, nəqliyyat-tranzit sahəsində əlaqələr və Bolqarıstana qaz tədarükü ilə bağlı fikir mübadiləsi aparıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...