Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi ilə bağlı "Twitter"d' paylaşım edib.
Ednews xəbər verir ki, paylaşımda təlimlərin uğurla davam etdiyi qeyd edilib:
“Özümüz bir, sözümüz bir, gücümüz bir! Azərbaycanın ev sahibliyi ilə gerçəkləşdirilən Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələrinin birgə icra etdiyi “TurAz Qartalı-2022” təlimi planlaşdırıldığı kimi uğurla davam edir”.