Birləşmiş Ərəb Əmirliyinin Xarici İşlər naziri Abdulla bin Zeyid gələn həftə İsrailə səfər edəcək.
Ednews “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, BƏƏ XİN başçısının İsrailin baş naziri Yair Lapid və prezident İsaak Hersoqla görüşməsi gözlənilir.
Görüş İbrahim sazişinin imzalanmasının ildönümünə təsadüf edəcək. Sözü gedən saziş 2020-ci il sentyabrın 15-i Ağ Evdə BƏƏ və Bəhreynin İsraillə diplomatik münasibətləri normallaşdırılması üçün imzalanıb.
Qeyd edək ki, cari ilin ilk aylarında BƏƏ xarici işlər naziri Bəhreyn, Mərakeş, Misir və ABŞ həmkarları ilə birlikdə Negev Sammitində iştirak etmək üçün İsrailə səfər edib.
Həmçinin, İsrail prezidenti İsaak Hersoq ötən ilin yanvar ayında, dekabr ayında isə İsrailin sabiq baş naziri Naftali Bennet BƏƏ-yə gedib.
Rəna Mürşüd