"Turaz Qartalı - 2022" təlimi başa çatıb - VİDEO - ednews.net

7 Oktyabr, Cümə

(+994 50) 229-39-11

"Turaz Qartalı - 2022" təlimi başa çatıb - VİDEO

Siyasət A- A A+

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Ednews-a verilən xəbərə görə, döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar həyata keçirən hərbi pilotlarımız qardaş ölkənin hərbi pilotları ilə birgə verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.

Təlimdə plana uyğun olaraq şərti düşmənin hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri, eləcə də müxtəlif epizodlar üzrə digər tapşırıqlar icra olunub.

Hərbi pilotların təlimdə fəaliyyətləri təhlil edilərək təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...