Paşinyan ATƏT-in həmsədri ilə Qarabağı müzakirə etdi - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Paşinyan ATƏT-in həmsədri ilə Qarabağı müzakirə etdi

Siyasət A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri, Qafqaz danışıqları üzrə baş məsləhətçi Filip Rikeri qəbul edib.

Ednews erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi ABŞ-ın mühüm rolunu vurğulayıb. 

Baş nazir ATƏT-in həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpa olunmasını və Qarabağ probleminin hərtərəfli həlli kontekstində sonuncunun təcrübəsindən istifadə olunmasını vurğulayıb.

Həmsöhbətlər Qarabağ problemi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, regional sabitlik və təhlükəsizliklə bağlı digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...