Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Dövlət Xidmətindən Ednews-a verilən məlumata görə, sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Rusiya Federasiyasının Federal Antiinhisar Xidmətinin rəisi Maksim Şaskolski imzalayıblar.
Memorandumda rəqabət sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, təcrübə mübadiləsi və digər məsələlər öz əksini tapıb.