KTMT-nin Ermənistana səfəri nə ilə nəticələnə bilər? - Ekspertdən AÇIQLAMA - ednews.net

2 Oktyabr,

(+994 50) 229-39-11

KTMT-nin Ermənistana səfəri nə ilə nəticələnə bilər? - Ekspertdən AÇIQLAMA

Siyasət A- A A+

Xəbər verdiyimiz kimi KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası vəziyyəti qiymətləndirmək və dövlət başçılarına hesabat hazırlamaq üçün qurumun baş katibi Stanislav Zası Ermənistana göndərmək barədə razılığa gəlib.

Məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov fikirlərini Ednews-a bölüşüb.

“Mövcud hadisələrlə bağlı Ermənistan KTMT-ə müraciət edib. Onların da vəzifəsi baxış keçirib araşdırmaqdır. Amma verdikləri bəyanata görə deyə bilərəm ki, ciddi bir nəticəsi olmayan prosessdir. Müvəqqəti olaraq araşdıracaqlar. Təşkilat məsələnin sülh yolu ilə həll olunması üçün tövsiyə xarakterli məsləhətlər verəcəyi gözlənilir. Azərbaycanın Rusiya, Qırğızıstan və Qazaxıstanla müttəfiqlik müqaviləsi var. İnanmıram ki, KTMT Azərbaycana qarşı hər hansı bir ciddi qərar versin”.

Xatırladaq ki, KTMT baş katibinin münaqişə zonasına getməsi təşkilata üzv ölkələrin rəhbərlərinə ətraflı hesabatın hazırlanması üçün təklif edilib. 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...