Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Siyasət 19:42 15.09.2022

Sentyabrın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci il payız sessiyasında videokonfrans formatında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ednews-a verilən xəbərə görə, komitə sədri Qənirə Paşayeva son günlər sərhəddə Ermənistan tərəfindən törədilmiş təxribat nəticəsində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, yaxınlarına səbir diləyib.
Sonra komitə sədri iclasın gündəliyinə daxil olan məsələləri təqdim edib. O, gündəlikdə 3 məsələnin olduğunu qeyd edib.

Mədəniyyət komitəsində 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verən komitə sədri bildirib ki, ötən müddət ərzində komitənin 8 iclası keçirilib, 20 məsələyə baxılıb. Komitədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Milli arxiv fondu haqqında” qanunda dəyişiklik edilməsi barədə və bir sıra digər qanun layihələri uç oxunuşda müzakirə edilib və plenar iclasda qəbul olunub.

Komitə sədri qeyd edilib ki, komitə üzvləri mədəniyyət sahəsində ölkə daxilində və xaricində keçirilmiş bir sıra tədbirlərdə iştirak ediblər. O, bu tədbirlər və gələcəkdə keçirilməsi nəzərdə tutulan digər mədəniyyət hadisələri barədə ətraflı məlumat verib. Komitə üzvlərinin ölkənin mədəniyyət qurumları ilə səmərəli əməkdaşlıq etdiyini söyləyib.

Diqqətə çatdırılıb ki, ötən sessiyalar ərzində vətəndaşlar tərəfindən komitənin ünvanına bir çox məktub, ərizə və şikayət daxil olub. Həmin müraciətlər müvafiq qaydada araşdırılıb və qeyd olunan problemlərin həlli üçün aidiyyəti qurumlara göndərilib. Hesabat dövründə, həmçinin komitə üzvləri tərəfindən mütəmadi olaraq seçicilərlə görüşlər keçirilib, onları narahat edən məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb.

Sonra komitə sədri Mədəniyyət komitəsinin 2022-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini təqdim edib. Bildirib ki, payız sessiyasında qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinə baxılacaq. Habelə, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin, digər sənədlərin müzakirəsi, dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Daha sonra Qənirə Paşayeva gündəliyin 3-cü məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə danışıb. Bildirilib ki, sənəd ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. O, 2022-ci il mayın 20-də Bakı şəhərində imzalanmış bu Sazişin ölkəmizin maraqlarına xidmət edəcəyini bildirib. Qeyd edilib ki, Sazişdə ICESCO-nun Regional Ofisinin Azərbaycanda yerləşməsi şərtləri və qaydaları müəyyən edilib. Sənəddə ICESCO-nun Bakı Ofisinin immunitet və imtiyazları, onun rəsmilərinin statusu, hüquq və öhdəlikləri nəzərdə tutulub.

Müzakirələr zamanı komitənin sədr müavini Fazil Mustafa, üzvü Ülviyyə Həmzəyeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Çıxışlarda sərhəddə baş vermiş son hadisələr barədə fikirlər səsləndirilib, gündəlikdəki məsələlərə münasibət bildirilib.

İclasda Mədəniyyət komitəsində 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər qənaətbəxş hesab olunub, komitənin 2022-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı təsdiq edilib, “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
Hamısı