Nensi Pelosi Ermənistana səfər edəcək - ednews.net

3 Oktyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Nensi Pelosi Ermənistana səfər edəcək

Siyasət A- A A+

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcək. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcək.

Ednews konkret.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftə sonu ölkəyə dəstək göstərmək üçün Ermənistana səfər edəcək.

Pelosini Palata üzvü Ceki Speyer müşayiət edəcək. Onun Baş nazir Nikol Paşinyan, eləcə də digər hökumət rəsmiləri ilə görüşü gözlənilir.

Qarşıdan gələn səfərlə bağlı suala spikerin aparat rəhbərinin müavini Drew Hammill deyib: "Biz təhlükəsizlik protokollarına görə beynəlxalq səyahət məlumatlarını əvvəlcədən təsdiq və ya təkzib etmirik".

Amerika Erməni Assambleyasının həmsədri Entoni Barsamyan Pelosinin səfərinə münasibət bildirib.

"Ermənistan Ukrayna qədər diqqət çəkməyib və bu, beynəlxalq hüququ pozaraq beynəlxalq sərhədi keçən bir ölkənin əsl üzünü göstərəcək", - deyə o çərənləyib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...