ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri başa çatıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ermənistan parlamentinin mətbuat xidməti yayıb.
Xatırladaq ki, spiker Nensi Pelosinin Ermənistana səfəri sentyabrın 17-də başlayıb.
İrəvanda Pelosi Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər yüksək rütbəli rəsmilərlə danışıqlar aparıb.