"KTMT Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılması üçün tədbirlər görür".
Ednews xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə xarici ölkələrin səfirlərinin etimadnamələrinin təqdimetmə mərasimində danışıb.
“Bizə yaxın olan dövlətlər arasında hər hansı münaqişəli vəziyyət Kremli ciddi narahat edir. Biz hər kəsi təmkinliyə, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq”, - deyə prezident bildirib.