ABŞ-ın Ermənistandakı diplomatı Rusiyaya səfir təyin olunur - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

ABŞ-ın Ermənistandakı diplomatı Rusiyaya səfir təyin olunur

Siyasət A- A A+
Rusiya Lin Treysinin ABŞ səfiri təyin olunmasına razılıq verib.
 
Ednews xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
 
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Dövlət Departamentinin əməkdaşı, Ermənistandakı diplomatik missiyaya rəhbərlik edən Lin Treysinin Rusiyadakı səfir vəzifəsinə namizədliyini irəli sürüb.
 
Lin Treysi tarixdə bu vəzifəni tutan ilk qadın olacaq. O, rus dilini bilir və artıq Moskvada - 2014-2017-ci illərdə diplomatik missiya rəhbərinin müavini vəzifəsində - çalışıb.
 
2012-2014-cü illərdə Treysi Dövlət Katibinin Mərkəzi Asiya üzrə köməkçisinin müavini, 2010-2011-ci illərdə isə Türkmənistanda missiya rəhbərinin müavini vəzifəsində çalışıb.
 
Onu da qeyd edək ki, ABŞ-da Prezidentin təklif etdiyi səfirlər Senat tərəfindən ictimai dinləmələrlə təsdiqlənir və qəbul edən ölkə ilə razılaşdırılmalıdır. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...