Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Nyu-Yorkda “Astana formatı” çərçivəsində keçirilən görüş zamanı Rusiyanın qismən səfərbərlik elan etməsini müzakirə etməyib.
Ednews-un "APA"-ya istinadla verdiyi xəbərə görə, bu barədə, o, Nyu-Yorkda türkiyəli jurnalistlərə açıqlamasında deyib.
“Lavrov bu qərarı təbii ki müdafiə edəcək. Qismən səfərbərlik elan etmək təbii ki, hər bir ölkənin öz qərarıdır, amma səbəbi nədir? Bir müharibə gedir, bu nə zaman bitəcək, hər kəs bunu bilmək istəyir. Bu səfərbərlik müharibənin qısa sürməsinə mi, ya daha da uzanacağında yol acacaq? Təbii ki, hər kəs bu qərardan sonra müharibənin daha da uzanacağı görür”.
Çavuşoğlu əlavə edib ki, bu səbəblə Türkiyə iki lideri bir araya gətirərək bu müharibənin tezliklə bitməsini istəyir.