İranın "SNN" kanalı son etirazlarda 41 nəfərin öldüyünü bildirib.
Ednews xəbər verir ki, İranın "SNN" telekanalı dövlət televiziya və radiosuna istinadən ölkədə keçirilən etiraz nümayişlərində 41 nəfərin öldüyünü bildirib.
Məlumata görə, Daxili İşlər Nazirliyi bəzi şəhərlərdə iğtişaşların yatırıldığını və ölkədaxili nəqliyyatın hərəkətinin bərpa edildiyini bildirib.
Həmçinin İran DİN-nin məlumatına görə, Tehranın şimal və qərb hissələrində, eləcə də bir sıra qəsəbələrində iğtişaşçılar ölkəyə məxsus əmlaklara ziyan vuraraq yandırmağa davam edirlər.