Yunanıstan razılaşmaları pozaraq Türkiyə sahillərindəki adalara zirehli texnika yerləşdirib - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Yunanıstan razılaşmaları pozaraq Türkiyə sahillərindəki adalara zirehli texnika yerləşdirib

Siyasət A- A A+
Yunanıstan beynəlxalq razılaşmaları pozaraq Türkiyə sahillərindəki Midilli və Sisam adalarına zirehli texnika yerləşdirib.
 
Ednews Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, beynəlxalq sazişlərə əsasən, Egey dənizindəki bu adalar silahsızlaşdırılıb.
 
Ancaq Yunanıstan beynəlxalq razılaşmaları pozaraq, 18 və 21 sentyabr tarixlərində Midilli adasına 23 ədəd, Sisam adasına isə 18 ədəd piyadaların döyüş maşınını yerləşdirib.
 
Gəmi ilə adalara gətirilən zirehli texnikaların görüntülərini Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları qeydə alıb. Adalara yerləşdirilən piyadaların döyüş maşınlarının ABŞ-ın Yunanıstana bağışladığı maşınlar olduğu da məlum olub

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...