“Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar” - Türkiyənin XİN başçısı - ednews.net

26 Noyabr, Şənbə

(+994 50) 229-39-11

“Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar” - Türkiyənin XİN başçısı

Siyasət A- A A+
Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar.
 
Ednews xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səy göstərir. Çavuşoğlu tərəflərin həll yolundan uzaqlaşmalarına baxmayaraq, ümidlərini itirmədiklərinin vurğulayıb.
 
"Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – “Report”) əsas məqsədi cənab Putin (Rusiyanın dövlət başçısı Vladimir Putin – “Report”) və Zelenskini (Ukrayna lideri Volodimir Zelenski - red) bir araya gətirməkdir. Bunun üçün həmin siyasi prosesin həlli üçün etimad yaradan addımlar atmalıyıq. Sonuncu əsir mübadiləsində biz mühüm rol oynadıq", - Çavuşoğlu vurğulayıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...