“Məqsədimiz Putinlə Zelenskini bir araya gətirməkdir” - Çavuşoğlu - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

“Məqsədimiz Putinlə Zelenskini bir araya gətirməkdir” - Çavuşoğlu

Siyasət A- A A+
Xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkdakı təmaslarından sonra Türkiyənin Los Anceles Baş Konsulluğunda vətəndaşlarla görüşüb.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı “ensonhaber.com” saytı yayıb.
 
“Gərgin xarici siyasət yürüdürük. Ölkəmizin maraqlarını qorumaq bizim prioritetimizdir. Dünyadakı qarşıdurmaların 60 faizi ətrafımızdadır. Çətin bir dövrdə yaşayırıq. Covid-19-dan xilas olduq, Avropanın ortasında Ukraynada müharibə başladı. İmmiqrasiya, terror, irqçilik problemi var. Türkiyə münaqişələrin həllində fəal xarici siyasət yürüdür”, deyə o, qeyd edib.
 
“İndi əsas məqsədimiz Putinlə Zelenskini bir araya gətirməkdir. Güvən artırmaq üçün də addımlar atmaq lazımdır. Son əsir mübadiləsində mühüm rol oynadıq. Hazırda beş ukraynalı komandir ölkəmizə gəlib. Türkiyə bütün bu sahələrdə üzərinə düşəni edir”, deyə nazir yekunlaşdırıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...