İran Ermənistana görə geosiyasi güclərlə savaşacaq? Politoqdan AÇIQLAMA

Siyasət 15:00 26.09.2022

Bir müddətdir ki, İranda mövcud hakimiyyətə qarşı kütləvi xarakterli nümayişlər və etiraz aksiyaları vüsət almağa başlayıb. İranın bir çox şəhərlərində nümayişçilər və polis qüvvələri arasında qanlı qarşıdurmalar və ixtişaşlar yaşanmaqdadır.

Xatırladaq ki, İran İnsan Haqları mərkəzinin məlumatına görə, İranda etiraz aksiyalarındakı toqquşmalarda ölənləri sayı 55 -ə çatıb.

Maraqlısı budur ki, İranda kütləvi etirazların və ixtişaşların yaşandığı zaman rəsmi Tehran Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrdən narahatlıq keçirib, rəsmi Bakıya üstüörtülü şəkildə Ermənistanın sərhədlərinin toxunulmazlığı İran hakimiyyəti üçün qırmızı xətt olduğunu və geosiyasi xəritədə hər hansı dəyişiklikliyə ciddi cavab verəcəyi ilə bağlı mesaj çatdırıb.

Bu proseslərin mətləbi ilə bağlı fikir bildirən bəzi ekspertlər hesab edirlər ki, İran hakimiyyəti ölkədaxili ixtişaşları qismən yatırmaq, yəni xalqın diqqətini etirazlardan yayındırmaq üçün Cənubi Qafqazda Ermənistan vasitəsilə təxribatlar planlaşdıra bilər. Onların iddialarına görə, Azərbaycan ordusunun sərhəd ərazilərdə erməni silahlı birləşmələrinin təxribatlarına qarşı hücumedici əməliyyatlar həyata keçirdiyi halda, İran da bu bəhanə adı altında Ermənistana ordu yeridib Azərbaycanla toqquşa bilər.

Bu iddialar ilə razılaşmayan Natiq Miri Ednews-a açıqlamasında qeyd edib ki, indiki vəziyyətdə İranın daxili ictimai-siyasi vəziyyəti Tehrana Zəngəzura hərbi müdaxilə etməyə imkan verməyəcək.

“İranın bir çox şəhərlərində genişmiqyaslı ciddi etirazlar davam etməkdədir. Artıq bütün hadisələr onu göstərir ki, İran artıq böyük dəyişikliklər ərəfəsinə daxil olub. Bu baxımdan yaxın gələcəkdə etirazların hansı yöndə inkişaf edəcəyi hələlik bəlli deyil. Ola bilsin ki, etiraz xarakterli nümayişlər kütləviləşməyə və radikallığa doğru getsin, bunun baş vediyi təqdirdə isə hakimiyyət ordudan istifadə etməyə məcbur olacaq.  Amma İran hakimiyyətinin başı daxili vəziyyətə qarışdığı vaxtda Qərbi Zəngəzura hərbi müdaxilə qeyri-mümkündür. Çünki İran bir neçə cəbhədə savaşmaq iqtidarında deyil, belə bir imkanları da yoxdur. Bir məqamı da nəzərinizə çatdırım ki, İranın  sərhədlərin toxunulmazlığı bəhanəsi adı altında Ermənistana ordu yeritməsi ilk növbədə Rusiyanın regionda geosiyasi maraqlarına təhdid etmək deməkdir. Bunun ardınca isə Azərbaycan və strateji müttəfiqimiz Türkiyə də proseslərə cəlb olunacaq. İran regional güclərlə münaqişəyə girmək gücünə malik deyil. Ona görə də bu cür fərziyyələri qeyr-real hesab edirəm”. 

Natiq Mirinin fikrincə, Ermənistanı son təxribatlara təhrik edən İran deyil, məhz Qərb ölkələri, xüsusilə ABŞ və Fransadır.  Politoloq hesab edir ki, Vaşinqton və Parisin əsas məqsədi Ermənistanı Rusiya orbitindən çıxardıb Qərbə inteqrasiyasını təmin etməkdir. Amma o, həmçinin əlavə edib ki, Moskva heç bir vəchlə Cənubi Qafqazın itirilməsinə imkan verməyəcək.

Azərbaycanın Ermənistanla sərhəddə bufer zonanın yaradıcılığı ilə bağlı iddialara münasibət bildirən Natiq Miri Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq belə bir addımı atmağa hüququnun olduğunu bildirib.

“Azərbaycan bu prosesə artıq başlayıb. Təhlükəsizlik zolağının təmin edilməsinin arxasında duran əsas hədəf Qarabağ bölgəsinə qayıdacaq xalqımızın nümayindələrinin təhlükəsizliyini təmin etməkdir. Məhz bu baxımdan Azərbaycan strateji cəhətdən önəmli olan bir sıra yüksəklikləri  nəzarətə götürüb. Yaxın gələcəkdə təhlükəsizlik zolağı daha da bütövləşəcək. Ortada təcavüzkar Ermənistan və onu dəstəkləyən siyasi qüvvələr olduğundan, Azərbaycan doğru qərar verərək bu kimi addımları atıb”.

Bəzi ekspertlər kimi, Natiq Miri də İranda hakimiyyət boşluğunun olduğu müddətdə ölkədə xalqlararası, xüsusilə azərbaycanlılar, farslar, kürtlər və ərəblər arasında qanlı qarşıdurmaların və lokal savaşların baş verəcəyini ehtimal edib.

“İranda yeni inqilabın baş verəcəyi hələki fərziyyədir. Çünki İranda etirazlar o qədər güclü təşkilanmayıb və onların başında duran bir lider yoxdur. Mövcud hakimiyyətin devrilməsinə hədəflənən kütləvi nümayişləri görmürük. Etirazlar sadəcə hakimiyyətin siyasətinə qarşı yönəlib. Lakin İranda etiraz dalğası  təşkilati xarakter alsa və xarici qüvvələr tərəfindən yüksək səviyyədə dəstəklənsə, rejimin devrilməsi mümkün hala çevriləcək. Hakimiyyət boşluğunun olduğu təqdirdə isə xalqlar arasında etnik zəmində qanlı qarşıdurmaların və toqquşmaların baş verməsi ehtimalı doğru çıxa bilər”.

Sonda N.Miri qeyd edib ki, Azərbaycan və Türkiyə İranda uzunmüddətli qarşıdurmaların baş verməsində maraqlı deyillər, yaxın gələcəkdə bunun qarşısının alınması üçün müəyyən ciddi tədbirlər görə bilərlər.

Yunis Abdullayev

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı