Prokuror baş həkimi tənqid edib: "İki cümlə qurub deyə bilmirsiz" Səlim Müslümovun məhkəməsi

Siyasət 18:45 26.09.2022
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Ednews xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Qarabağ müharibəsi əlilləri üçün Qazax rayonunda inşa olunan evlərin tikintisini həyata keçirmiş İbad İsmayılov dindirilib. Şahid məhkəmədə vəkili Cavad Cavadovla birgə iştirak edib. İbad İsmayılovun dediyinə görə, o, ümumilikdə 22 ev tikib. Hər evə görə isə tikinti idarəsinə nəzarət edən Natiq Əzizova 6 min manat pul verib: "Əvvəllər usta işləyirdim, sonra şəhid ailələri və müharibə iştirakçıları üçün evlərin tikintisinə cəlb olundum. Bununla bağlı üç şirkət yaratdım, tenderdə özümə aid üç şirkətlə təmsil oluna bilməyəcəyim üçün ikisini yaxın qohumlarımın adına rəsmiləşdirdim. Hər evə görə 3-4 min manat gəlirim olmalı idi, lakin araya devalvasiya düşdüyü üçün vəziyyət dəyişdi. Buna baxmayaraq, 22 evə görə tikinti idarəsinə 132 min manat pul verdim". Şahid prokuroru və Səlim Müslümovun vəkili Toğrul Vəliyevin suallarını da cavablandırıb. Daha sonra Şəki Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi Tərlan Qurbanov ifadə verib. Şahid deyib ki, dərman vasitələrinin alınması üçün şirkətlə müqavilə bağlanıb. Şirkətə köçürülən vəsaitin bir hissəsi isə nazirliyin iqtisadiyyat şöbəsinin baş mühasibi Ülviyyə Məmmədovaya verilib: "Yuxarıdan tapşırıq gəlmişdi ki, köçürülən pulun bir hissəsi onlara çatmalıdır". Şahid ifadəsini unutduğunu deyərək dövlət ittihamçısının və vəkilin sualına cavab verə bilməyib. Prokuror Babaxan Həsənəliyev buna görə baş həkimə irad bildirib: "Neçə illərdir rəhbər vəzifədə işləyirsiz, amma bir cümləni qurub deyə bilmirsiz. Bəlkə kimdənsə qorxursuz?". Şahid qismində dindirilən Şəki şəhəri Suvarma Sistemləri İdarəsində qaynaqçı işləyən İlqar Mustafayev isə xəbəri olmadan adına tikinti şirkəti açıldığını deyib: "2014-də prorab dedi ki, müəssisə yaradıram, bir sənəd var ona qol çək, oranın qaynaqçısı sən ol. 2021-ci ildə DTX-ya çağırdılar, dedim bu nə işdir mən düşmüşəm. Heç bilmirəm şirkət nədir." Şahid Bəylər Musayev də eyni epizod üzrə ifadə verib. O, Şəki şəhərində yerləşən Suvarma Sistemləri idarəsində fəhlə işlədiyini bildirib. Bəylər Musayevin adına "Şəki Construction" MMC yaradıldığı bildirilib. Şahid məhkəmədə adına olan şirkətdən xəbərsiz olduğunu deyib. Proses oktyabrın 3-də davam etdiriləcək. Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO

Xəbər xətti

Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
President Ilham Aliyev: ‘Azerbaijan is determined to continue active interaction with Kyrgyzstan in all areas’
14:38 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Hamısı