“İkinci Qarabağ müharibəsi böyük qələbəmiz idi, həm torpaqlarımızın böyük hissəsini geri qaytardıq, həm də təxminən 28 il davam edən psixoloji gərginliyə son qoyduq. Allah şəhidlərmizə rəhmət eləsin!”
Bu sözləri Ednews-a açıqlamasında politoloq Elxan Şahinoğlu Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günü münasibəti ilə bağlı danışarkən deyib:
“Onların sayəsində başımız dikdir. Ancaq bu hələ son deyil. Görüləcək işlərimiz var:
1. Qarabağın tamamını separatçılardan təmizləməli və yerdə qalan ərazilər azad olunmalıdır;
2. Qarabağın tamamında Azərbaycan qanunlarının işləməsini təmin etməliyik;
3. Ermənistanla Qarabağ arasında inşa etdiyimiz alternativ yol nəzarətimizə keçməli, yolun başlanğıcında sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır;
4. Ermənistanla sərhədin müəyyənləşməsiylə bağlı sənəd imzalanmalıdır;
5. Qərbi Zəngəzur dəhlizinin işə düşməsini təmin etməliyik;
6. Ermənistanla sülh sazişi imzalanmalıdır.