ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verdi - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verdi

Siyasət A- A A+
ABŞ-ın Bakıdakı səfirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib. 
 
Ednews xəbər verir ki, bununla bağlı səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib. 
 
"27 sentyabrda Ermənistan ilə Azərbaycan arasında münaqişədə həyatlarını itirənləri yad edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində işləməyə sadiqdir", - paylaşımda bildirilib. 
 
Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. 
 
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...