Müharibənin ilk günü azad edilən “Canavar” yüksəkiyindən ilk REPORTAJ - VİDEO - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Müharibənin ilk günü azad edilən “Canavar” yüksəkiyindən ilk REPORTAJ - VİDEO

Siyasət A- A A+

44 günlük Vətən müharibəsinin ilk günündə - 27 sentyabrda Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsi ilə yanaşı, yüksəklikləri də azad etdi.

AzTV mərd və qəhrəman hərbçilərimizin düşməndən təmizlədiyi ilk yüksəklikdən - "Canavar" yüksəkliyindən eksklüziv reportaj hazırlayıb. Həmin yüksəklikdən reportaj Azərbaycan televiziya məkanında ilkdir. Əməkdaşlarımız Ruslan Həsənov və Məmmədbağır Kərimov Kəlbəcərdə "Canavar" yüksəkliyini azad edən qəhrəman hərbçilərimizlə görüşüb, onlarla birlikdə sözügedən yüksəkliyə qalxıblar. Hərbçilərimiz yüksəkliyin azad edilməsi əməliyyatının detallarını açıqlayıblar.

Qeyd edək ki, dəniz səviyyəsindən 3381 metr yüksəklikdə yerləşən bu mövqe cəbhənin Murovdağ-Kəlbəcər istiqamətində strateji əhəmiyyət kəsb edirdi.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...