BMT Azərbaycanda sosial sahibkarlıq üzrə TÖVSİYYƏ HAZIRLAYIB - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

BMT Azərbaycanda sosial sahibkarlıq üzrə TÖVSİYYƏ HAZIRLAYIB

Siyasət A- A A+
BMT-nin İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlıq üzrə tövsiyyələr hazırlayıb.
 
Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin İnkişaf Proqramının sosial sahibkarlıq üzrə beynəlxalq eksperti Lana Lovaşiç deyib.
 
Onun sözlərinə görə, sosial sahibkarlıq üzrə Azərbaycanda bu ilin aprel ayından aparılan araşdırmalar üzrə iki istiqamətdə tövsiyyələr hazırlanıb.
 
"Bizim hazırladığımız siyasətlər iki istiqamətdə təqdim olunub. Birinci siyasət tövsiyyələri, hansı ki, burda fiskal həvəsləndirmələrin göstərilməsi, vergi ilə bağlı müəyyən güzəştlərlərin olması, sosial sahibkarlara maliyyə baxımından dəstəyin göstərilməsi də bu istiqamətdə potensial maliyə tərəflərin maarifləndirməsi də aiddir. Yəni siyasət səviyyələrində bunlar öz əksini tapıb", - deyə Lana Lovaşiç qeyd edib.
 
O, həmçinin əlavə edib ki, ikinci istiqamət üzrə ümumi ekosistemin inkişaf etdirilməsi üçün tövsiyələrdir ki, insanlar bu haqda bilsinlər və birinci olaraq sosial sahibkarlığın tərifi Azərbaycanda qəbul olunsun.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...