Hulusi Akar Yunanıstanla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Hulusi Akar Yunanıstanla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Siyasət A- A A+
“Tarix yunanıstanlı siyasətçilərin uydurmalarını yox, onların əllərinin körpələrin qanına batdığını yazacaq”. 
 
Ednews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yüksəkrütbəli rəsmilərlə keçirdiyi toplantıda deyib. 
 
O, Yunanıstana xəbərdarlıq edib:
 
“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Egeyi məzarlığa çevirən Yunanıstana beynəlxalq qurumlar sanksiya tətbiq etməlidir. Beynəlxalq ictimaiyyət Yunanıstanın bu addımlarına “dayan!” deməlidir”. 
 
Nazir qarşı tərəfi danışıqlar masasına dəvət edib:
 
“Yunanıstan Türkiyəni təhdid olaraq yox, təhlükəsiz və effektiv müttəfiq, qonşu kimi görməlidir. Bu, həm özünün, həm regionun, həm də NATO-nun xeyrinə olar. Yunan xalqı da əmin olmalıdır ki, Türkiyə Yunanıstanla sülhə istiqamətlənmiş gələcəyin tərəfdarıdır. Üçüncü tərəflərdən də gözləntimiz məsələyə beynəlxalq hüquqa və məntiqə uyğun, tərəfsiz və obyektiv yanaşmalarıdır”. 
 
H.Akar vurğulayıb ki, Türkiyə Şimali Kipr də daxil olmaqla Egey və Aralıq dənizinin şərqində hüquq və mənfəətlərini qorumaqda qərarlı və buna qadirdir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...