Amerika erməniləri Brenda Şafferin bəyanatına qəzəblənib - VİDEO - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Amerika erməniləri Brenda Şafferin bəyanatına qəzəblənib - VİDEO

Siyasət A- A A+

Azərbaycanlı jurnalist Anastasiya Lavrinanın Tvitterdə ABŞ-lı ekspert Brenda Şafferlə paylaşdığı müsahibəsinə Amerika Erməniləri Milli Komitəsinin (AEMK) münasibəti gecikməyib.

Ednews xəbər verir ki, müsahibədə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana son səfərinin nəticələri müzakirə edilib. Siyasi şərhçi qeyd edib ki, Nensi Pelosinin bu hərəkəti və Ermənistan-Azərbaycan sərhədində növbəti hərbi təxribat törətmiş işğalçı ölkə Ermənistanı dəstəkləyən məntiqsiz bəyanatları, ABŞ-ın Cənubi Qafqaz regionunda sülh prosesinin obyektiv tərəfdarı kimi mövqeyini ciddi şəkildə gözdən salır.

 

Bir çox ekspertlərin fikrinə görə, Pelosi gələcək Konqres seçkilərində ABŞ-dakı böyük erməni diasporunun dəstəyini qazanmaq üçün belə bir addım atmağa qərar verib.

CBC telekanalının efirində müzakirəyə qoşulan Brenda Şaffer ironiya ilə bildirib ki,  onsuzda Pelosinin yenidən seçilmək şansı çox azdır, lakin ABŞ-dakı Ermənilərin Milli Komitəsi Nensi Pelosini rahatlıqla işə götürə bilərlər. 

Burada məntiq olsa da, ekspertin dilə gətirdiyi faktlar ABŞ-da yaşayan ermənilərin qəzəbinə səbəb olub. Ermənilər sosial şəbəkədə geniş müzakirələr zamanı həmişə olduğu kimi təhqirlərə keçiblər. Bununlada onlar Brenda Şafferin sona qədər doğru olan mövqeyini təsdiqləyiblər.

Sözügedən müsahibəni təqdim edirik:

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...