KTMT-nin baş katibi Stanislav Zas yenidən Ermənistana gəlib.
Ednews xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
Mənbə yazır ki, bu, onun 12-14 sentyabr hərbi əməliyyatlarından sonra İrəvana ikinci səfəridir.
Xatırladaq ki, ilk səfərdə ölkənin baş naziri Nikol Paşinyan belaruslu generalı qəbul etməmişdi.