NATO-nun Baş katibi bu gün mətbuat konfransı keçirəcək - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

NATO-nun Baş katibi bu gün mətbuat konfransı keçirəcək

Siyasət A- A A+

NATO-nun Baş katibi Yens Stoltenberq sentyabrın 30-da planlaşdırılmamış mətbuat konfransı keçirəcək.

Ednews xəbər verir ki, bu barədə NATO-nun Mətbuat Xidməti məlumat yayıb.

Mətbuat konfransının mövzusu dəqiqləşdirilməyib.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirəcək.

Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin dünən Rusiyanın Ukraynanın Zaporojye və Xerson vilayətlərinin dövlət “suverenliyinin” və “müstəqilliyinin” tanınması haqqında fərman imzalayıb. Onun bu günə çıxışı planlaşdırılır. Bundan başqa, DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin "referendum"un nəticələrinə görə Rusiyaya daxil olması ilə bağlı müqavilələrin imzalanması gözlənilir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...