“Beynəlxalq subyektlərdən heç kim Qarabağın müstəqilliyini tanımağa hazır deyil”.
Ednews Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan dövlət televiziyasına müsahibəsi zamanı deyib.
“Heç keçmişdə də heç kim Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır olmayıb”, - deyə Paşinyan bu məsələnin əvvəllər də müzakirə predmeti olmadığını açıqlayıb.