Türkiyə XİN-dən Ukraynanın ərazi bütövlüyünə dəstək - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Türkiyə XİN-dən Ukraynanın ərazi bütövlüyünə dəstək

Siyasət A- A A+
"Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərini ilhaq etmək qərarını rədd edirik". 
 
Ednews xəbər verir ki, bu Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 
 
Bəyanatda qeyd olunub ki, Türkiyə 2014-cü ildə keçirilən qeyri-qanuni referendumla Krımın Rusiya tərəfindən ilhaqını da tanımayıb və hər dəfə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə güclü dəstəyini vurğulayıb. 
 
“Beynəlxalq hüququn formalaşmış prinsiplərinin kobud şəkildə pozulması olan bu qərarı qəbul etməyimiz mümkün deyil. Biz daha getdikcə daha da ağır forma alan müharibənin danışıqlar yolu ilə əldə ediləcək ədalətli sülh əsasında həllini dəstəklədiyimizi bir daha bildiririk”, - deyə Türkiyə XİN-nin bəyanatında qeyd olunub. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...