BMT-nin iqlim dəyişikliyi üzrə COP27 konfransında iştirak etmək istəyən III Karl və Böyük Britaniyanın baş naziri Liz Trass arasında fikir ayrılığı yaranıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “The Times” nəşri yayıb.
Mənbə qeyd edir ki, Britaniya monarxı Trassın təkidi ilə tədbirdə iştirakdan imtina edib:
“O, (Çarlz) Misirdə dünya liderlərinin görüşündə çıxış etməyi planlaşdırıb. Trass kralın bu planına etiraz edib”.
Cümə axşamı, sentyabrın 8-də, Bukingem Sarayının məlumatına görə, Kraliça II Yelizaveta 97 yaşında vəfat edib. O, Şotlandiyada Balmoral qalasında öz əcəli ilə dünyasını dəyişib.
Uels şahzadəsi Çarlz Britaniya kralı olub. Yeni monarx III Karl adı ilə hökmranlıq edəcək.