Rusiyanın bu silahı sınaqdan keçirməsi NATO-nun təşvişinə səbəb oldu - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Rusiyanın bu silahı sınaqdan keçirməsi NATO-nun təşvişinə səbəb oldu

Siyasət A- A A+
NATO kəşfiyyatı hərbi blokun komandanlığına Rusiyanın “Poseydon” pilotsuz sualtı aparatını sınaqdan keçirməyə hazırlaşdığı barədə məlumat verib.
 
Ednews xəbər verir ki, bu barədə oktyabrın 2-də İtaliyanın “La Repubblica” qəzeti alyansın xüsusi xidmət orqanlarının hesabatına istinadən məlumat yayıb. 
 
Hesabatda “Belqorod” çoxməqsədli nüvə sualtı qayığının Karsk dənizindəki hərəkətləri yer alıb.
 
NATO ekspertləri təklif edirlər ki, nüvə pilotsuz təyyarəsinin sınaq buraxılışları məhz orada keçirilə bilər.
 
Materialın müəllifləri bildirirlər ki, “Poseydon” radioaktiv sunami yaratmaq gücünə sahibdir. Bu da Nyu-York və ya Los-Anceles kimi böyük şəhərləri yer üzündən silə bilər.
 
Eyni zamanda, ABŞ-ın ixtiyarında olan infraqırmızı sensorlu peyklər dənizin dərinliklərində baş verənləri görə bilmədiyi üçün hücumun qarşısını almaq mümkün deyil.
 
Qeyd edək ki, “Belqorod” çoxməqsədli nüvə sualtı qayığı “Kursk”un analoqudur. Xüsusilə “Poseydon” sistemi üçün layihəyə 09852 adı verilib. Sualtı qayıq 2019-cu ilin aprelində suya buraxılıb. Bu ilin iyulunda nüvə sualtı qayığı Rusiya Hərbi Dəniz Qüvvələrinə verilib.
 
Gəmi “qiyamət silahı” sayılan və ABŞ-ın demək olar ki, bütün sahilyanı ərazilərini vurmağa qadir olan altı “Poseydon”la təchiz olunub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...