Türkiyə Liviya ilə təbii qaz sahəsində sənəd imzalayacaq - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Türkiyə Liviya ilə təbii qaz sahəsində sənəd imzalayacaq

Siyasət A- A A+
Türkiyə liviyalı qardaşlarına sülh və sabitliyi təmin etmək yolunda dəstək verməyə hazırdır.
 
 Ednews xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyaya səfəri çərçivəsində mətbuat konfransında deyib. 
 
O qeyd edib ki, Türkiyə Liviya ilə nizami ordu quruculuğu məsələsində əməkdaşlığı davam etdirəcək. Nazir Liviya və Türkiyə arasında Şərqi Aralıq dənizində fikir birliyinin olduğunu da bildirib.
 
Nazir Çavuşoğlunun sözlərinə görə, iki ölkə karbohidrogenlər və protokol sahəsində Anlaşma Memorandumları imzalayıb. Eyni zamanda, xüsusən təbii qaz sahəsində də iki ölkə arasında bənzər sənədlər imzalanacaq.
 
“İmzaladığımız karbohidrogenlər sahəsindəki razılaşmamız həm quruda, həm də dənizdə Türkiyə və Liviya şirkətlərinin birlikdə araşdırma, qazma fəaliyyətlərində əməkdaşlığı hədəfləyir. Qaz sahəsindəki razılaşma isə Energetika Nazirlikləri arasında müzakirə edilir və imzalanandan sonra onun məzmununu açıqlayacağıq”, - deyə Çavuşoğlu deyib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...