Sahibə Qafarova İndoneziyaya səfər edəcək - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Sahibə Qafarova İndoneziyaya səfər edəcək

Siyasət A- A A+
Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün oktyabrın 4-də İndoneziya Respublikasının paytaxtı Cakarta şəhərinə səfər edəcək.
 
Ednews APA-ya istinadən xəbər verir ki, tədbirdə sədrin müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcəyi gözlənilir. 
 
Səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin sammitdə iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...