Rusiyada uşaqlara qarşı cinsi xarakterli zorakılıq hərəkətləri etməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Rusiya KİV-ləri yayıb.
Mənbə yazır ki, o, İstintaq Komitəsinin Krasnodar diyarı üzrə əməkdaşları tərəfindən ələ keçirilib.
Şübhəli şəxs ailəsi ilə birlikdə Rostov bağlarında yaşayır. Onu 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.