Ukrayna ordusu bu şəhərlərə yaxınlaşıb - ednews.net

26 Noyabr, Şənbə

(+994 50) 229-39-11

Ukrayna ordusu bu şəhərlərə yaxınlaşıb

Siyasət A- A A+
Ukrayna ordusu şimal-şərqdə Kremennaya, Svatovo istiqamətlərində və Xerson bölgəsində nəzarət zonasını genişləndirir.
 
Ednews xəbər verir ki, bu fikirlər ABŞ-ın Müharibəni Araşdırma İnstitutunun (ISW) gündəlik xülasə-təhlilində yer alıb.
 
Amerikalı analitiklər vurğulayırlar ki, bu bölgələrdə ukraynalılara əvvəllər Rusiya ordusunda ən yaxşı hesab edilən bölmələr müqavimət göstərir. Söhbət 144-cü qvardiyadan gedir.
 
İnstitut Rusiya Baş Qərargahının, Rusiya hərbi blogerlərinin hesabatlarına, Ukrayna mənbələrinin məlumatlarına, şəkillərin və videoların geolokasiyasının nəticələrinə və digər məlumatlara əsaslanaraq yazır ki, ukraynalılar Kupyansk, Borovaya və Limandan şərqə doğru nəzarət zonalarını genişləndiriblər və Kremennaya və Svatovo şəhərlərinə yaxınlaşıblar.
 
ISW analitikləri də ukraynalıların Xerson vilayətinin şimalında irəliləyişlə bağlı məlumatı təsdiqləyiblər:
 
"Ukraynalıların Xerson vilayətindəki uğurları onsuz da qeyri-sabit olan Rusiyanın informasiya məkanına zərbə vurur.
 
İşğalçı administrasiyalarının rəsmiləri getdikcə daha çox NATO kəşfiyyatını Xerson vilayətində Rusiya müdafiəsinin zəif tərəflərini üzə çıxarmaqda günahlandırır və Rusiya qüvvələrini küçə döyüşlərinə hazır olmağa və yeni müdafiə xətləri yaratmağa çağırır”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...