Prezident Ermənistanı mina terroru ilə bağlı açıqlama verd - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Prezident Ermənistanı mina terroru ilə bağlı açıqlama verd

Siyasət A- A A+
“Müharibənin təxminən 2 il əvvəl başa çatıb. Həmin vaxtdan bəri təxminən 250 azərbaycanlı mina partlayışları nəticəsində ölüb və ya ciddi xəsarət alıb”. 
 
Ednews xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında deyib. 
 
Dövlət başçısı qeyd edib ki, keçmiş qaçqın və məcburi köçkünlərin öz vətənlərinə qaytarılması ilə bağlı saysız-hesabsız çağırışlarla üzləşirik:  
 
“Genişmiqyaslı yenidənqurma proqramı ilə yanaşı, ən böyük mürəkkəblikdən biri minalardır. 
 
Prezident sonra bildirib ki, müharibənin başa çatmasından bəri təxminən 250 azərbaycanlı mina partlayışları nəticəsində həlak olub və ya ciddi xəsarət alıb: 
 
“Təəssüf ki, bu rəqəm hər həftə artır. Yalnız ötən həftə 2 nəfər həlak olub, 3 nəfər ciddi xəsarət alıb”. 
 
“Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıb və Azərbaycan və azərbaycanlılara qarşı bu terror siyasəti davam edir. Bu yaxınlarda biz Laçın rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsinin başa çatmasından sonrakı dövr ərzində basdırılmış 1400-dən çox minanı aşkarlayaraq zərərsizləşdirdik. Beləliklə, Azərbaycana qarşı aqressiya, Azərbaycana qarşı terror davam edir”, - deyə Prezident qeyd edib. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...