Ermənistanın minalardan kortəbii istifadəsi yaralanmalara və iztirablara səbəb olur.
Ednews xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov şəxsi "Twitter" hesabında paylaşım edib.
"Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur. Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3 336-ya çatıb. Bunların 257-si 2020-ci il müharibəsindən sonrakı qurbanlardır", - nazir qeyd edib.