Nazir müavini: Ermənistanla bağlı beynəlxalq məhkəmənin suallarına yaxın vaxtda cavab göndəriləcək - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Nazir müavini: Ermənistanla bağlı beynəlxalq məhkəmənin suallarına yaxın vaxtda cavab göndəriləcək

Siyasət A- A A+
“Azərbaycan həm I Qarabağ müharibəsi, həm atəşkəs dövrü ərzində, eyni zamanda II Qarabağ müharibəsində Ermənistanın törətdiyi cinayətlərlə bağlı Ermənistanın məsuliyyətə cəlb edilməsi ilə bağlı bir sıra beynəlxalq instansiyalara müraciət edib”.
 
Ednews xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib. 
 
O bildirib ki, ilk olaraq 2020-ci ildə belə müraciət Avropa İnsan Haqları Məhkəməsinə və Beynəlxalq Ədalət Məhkəməsinə edilib: “Eyni ildə mina problemi ilə bağlı belə müraciət Azərbaycan tərəfindən edilib. Ermənistan tərəfindən Azərbaycanın suveren və beynəlxalq hüquqda tanınan ərazilərinə mina basdırılması cinayəti davam edir. Bu işlərə baxılma mərhələsindədir. Hazırda iddialarda bağlı Ermənistan və Azərbaycan tərəfinə məhkəmə tərəfindən prosedur suallar göndərilib. Suallara yaxın vaxtda cavab göndəriləcək. Ermənistanda Azərbaycana qarşı nifrət nitqi ilə çıxış edən qrupıar var ki, onlar Ermənistan hökuməti tərəfindən nəinki məsuliyyətə cəlb edilmir, həm də onlara Ermənistan MN və digər qurumlar tərəfindən mükafatlar verilir. Təzəlikcə sentyabr ayında Ermənistan tərəfindən öhdəliklərə əməl edilməməsi ilə bağlı faktlar məhkəməyə təqdim edilib. Laçın şəhərində 1400 minanın tapılması və faktlar da məhkəmə müraciətinə fakt kimi qoyulub. Bu cinayətlər sübut edir ki, Ermənistan bu cinayətlərinə hələ də davam edir”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...