Türkiyə İsrailə yeni səfir təyin edib.
Ednews xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı ilə Şakir Özkan Torunlar bu vəzifəyə təyin olunub.
Qeyd edək ki, Torunlar 2010-2014-cü illərdə Türkiyənin Yerusəlimdə Baş Konsulu və Fələstinin səfiri vəzifələrində çalışıb.
Xatırladaq ki, bundan əvvəl, İsrail Ankaradakı sabiq müvəqqəti işlər vəkili İrit Lillianı Türkiyədə səfir vəzifəsinə təyin edib.